AZ

Ermənistanda qumbara partladı

Ermənistanın Qoris şəhərində silahlı insident baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Bildirilib ki, əl qumbarasının partlaması nəticəsində iki nəfər həyatını itirib.

Partlayış zamanı daha bir nəfər xəsarət alıb. Yaralının vəziyyəti barədə hələlik ətraflı məlumat verilməyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır və insidentin başvermə səbəbləri dəqiqləşdirilir.

Seçilən
99
publika.az

1Mənbələr