BAKI, 25 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp administrasiyası Kanadanın Çin istehsalı olan ucuz malların ABŞ-yə daxil olması üçün dolayısı yol kimi istifadə edilməsinə imkan vermək niyyətində deyil.
Teleqraf xəbər verir ki, Bunu ABŞ-nin maliyyə naziri Skott Bessent "ABC News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Kanada baş naziri Mark Karni Çinə səfər edib geri qayıtdıqdan sonra Çin mallarına tətbiq olunan bəzi sənaye rüsumlarını aşağı salıb.
“ABŞ və Kanada arasında bazar inteqrasiyası çox yüksəkdir. Biz Kanadanın Çin malları üçün ABŞ-yə axın yaradan dolayı yola çevrilməsinə imkan verə bilmərik”, - deyə Bessent vurğulayıb.
Nazir hesab edir ki, Karni hökumətinin bu addımları Kanada xalqının maraqlarına xidmət etmir.ediblər.