AZ

Tramp administrasiyası “USA Rare Earth” şirkətinə 1,6 milyard dollar sərmayə yatırmağı planlaşdırır

Bakı. Trend:

Tramp administrasiyası vacib mineral ehtiyatlarının təminedilməsi məqsədilə özəl “USA Rare Earth” şirkətinə 1,6 milyarddollar həcmində investisiya qoymağı planlaşdırır.

Trend xəbər verirki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Məlumata görə, “USA Rare Earth” şirkəti Texas ştatındaelektronika və silah istehsalında istifadə olunan 17 nadir torpaqelementindən 15-ni ehtiva edən yatağı inkişaf etdirir. Şirkət eynizamanda Oklahomada maqnit istehsalı zavodu tikməyiplanlaşdırır.

Bildirilir ki, sazişin, eləcə də 1 milyard dollardan çoxməbləğdə ayrıca özəl maliyyələşdirmənin yanvarın 26-da elanolunacağı gözlənilir.

ABŞ Ticarət Nazirliyinin sözçüsü qeyd edib ki, hökumətyarımkeçirici təchizat zənciri və ölkənin milli təhlükəsizliyi üçünmühüm əhəmiyyət daşıyan vacib və strateji mineralların bərpasınadiqqət yetirir.

Qəzetin məlumatına görə, 1,6 milyard dolların 277 milyon dolları“USA Rare Earth” şirkətinin səhmlərinin alınmasına yönəldiləcək vəbununla da hökumət şirkətin təxminən 10 faizinə sahib olacaq. Qalan1,3 milyard dollar isə faizlə birlikdə geri qaytarılmalı olankredit şəklində təqdim ediləcək.

Seçilən
33
1
az.trend.az

2Mənbələr