AZ

Yermak istefasından sonra bu işlə məşğul olurmuş

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin keçmiş rəhbəri Andrey Yermak vəkillik fəaliyyətini bərpa edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Vəkillər Kollegiyasının rəsmi saytında məlumat verilib.

Assosiasiyanın açıqlamasına görə, Yermakın vəkil kimi fəaliyyət göstərmək hüququ 23 yanvar tarixində yenidən qüvvəyə minib.

Qeyd olunur ki, Andrey Yermak 20 fevral 2020-ci ildə Ukrayna Prezidentinin ofisinin rəhbəri təyin olunduqdan sonra hüquqi fəaliyyətini dayandırmışdı. Bundan əvvəl isə o, təxminən 25 il ərzində vəkil kimi çalışıb.

Xatırladaq ki, 28 noyabr 2025-ci ildə Yermakın mənzilində axtarış aparılıb. Onun adı dövlətə məxsus “Energoatom” şirkətində mümkün korrupsiya sxemi ilə bağlı istintaq materiallarında hallanır.

İstintaq orqanları bu sxemin ukraynalı iş adamı və Prezident Volodimir Zelenskinin uzunmüddətli silahdaşı Timur Mindiç tərəfindən təşkil edildiyini ehtimal edir.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
globalinfo.az

1Mənbələr