Globalinfo.az xəbər verir ki, qurum xəstəliyin yeni pandemiyanın yaranması üçün potensiala malik olduğunu bildirib.
"Virus ölkənin üçüncü ən böyük şəhəri olan Kalkuttanın yaxınlığında yerləşən Qərbi Benqal ştatında aşkarlanıb. Hakimiyyət yoluxmuş şəxslərlə təmasda olan təxminən 100 nəfər üçün karantin tədbirləri tətbiq edib. Hazırda yoluxmanın beş təsdiqlənmiş halı var və onların hamısı tibb işçiləri arasındadır", - deyə qeyd olunub.Məlumata görə, iki tibb bacısının vəziyyəti ağırdır:
"Onlardan biri hazırda komadadır. Həmin tibb bacısının analizlər götürülməmişdən əvvəl vəfat edən bir xəstəyə qulluq edərkən yoluxmuş ola biləcəyi ehtimal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31