AZ

“Qarabağ”la oyun öncəsi gözlənilməz dəyişiklik: Xabi Alonso “Liverpul”a qayıdır?

BAKI, 25 yanvar. TELEQRAF

UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda “Qarabağ”la oyun öncəsi İngiltərənin “Liverpul” klubu baş məşqçisini dəyişə bilər.

Teleqraf AS nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi hazırkı baş məşqçi Arne Slotungələcəyi ilə bağlı hələ qərar verməsə də, onun mümkün əvəzedicisi ilə bağlı seçimini edib.

“Qırmızılar” bu posta bir müddət öncə İspaniyanın “Real Madrid” komandasından göndərilən Xabi Alonsonu nəzərdən keçirir. Klub rəhbərliyi artıq ispan mütəxəssislə bu keçidə hazır olub-olmadığını öyrənmək üçün təmasa keçib.

Alonsonun futbolçu kimi şərəfini qoruduğu komandanın baş məşqçisi olmağa müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, “Qarabağ” və “Liverpul” yanvarın 28-də qarşılaşacaqlar.

Seçilən
20
1
teleqraf.com

2Mənbələr