AZ

"Napoli" 22 yaşlı braziliyalını rənglərinə bağladı - RƏSMİ

"Napoli" digər İtaliya klubu "Verona"nın hücumçusu Covaneni transferi edib.

Fanat.Az xəbər verir ki, məlumatı Neapol təmsilçisinin mətbuat xidməti yayıb.

22 yaşlı braziliyalı ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb.

Transferin "Napoli"yə 2 milyon avroya başa gəldiyi bildirilir.

Covane bu mövsüm "Verona"nın heyətində A Seriasında 21 matça çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
110
1
fanat.az

2Mənbələr