AZ

İsrail Qəzzanın cənubunda silahlıların 4 km uzunluğunda tunelini dağıdıb

İsrail Müdafiə Qüvvələrini qoşunları Qəzza zolağının cənubunda silahlıların 4 kilometr uzunluğunda tunelini dağıdıb.

Moderator.az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağının cənubunda, "sarı xətt"in şərqində təxminən bir il əvvəl başlayan yeraltı tunelin məhv edilməsi işləri başa çatıb. 4 kilometr uzunluğundakı tuneldə bir neçə bunker və silah anbarı var idi", - bəyanatda deyilir.

Qeyd olunur ki, qoşunlar ərazidə atəşkəs müqaviləsinin şərtlərinə uyğun olaraq yerləşdirilib və hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək.

Seçilən
114
6
moderator.az

7Mənbələr