ÜST Hindistandan yayılan virusla bağlı təcili araşdırma aparılmasına çağırıb.
Publika.az xəbər verir ki, xəstəliyin hələlik təsdiqlənmiş müalicəsi olmasa da, yüksək ölüm nisbəti narahatlıq doğurur. Hindistan səhiyyə orqanları müalicəsi olmayan yarasalar vasitəsilə yayılan Nipah virusu səbəbindən yüksək hazırlıq vəziyyətindədir.
Şərqi Benqal əyalətində Nipah virusuna yoluxmanın beş halı qeydə alınıb. Böyük Britaniyada yerləşən “Metro” xəbər saytının məlumatına görə, rəsmilər bu həftə həkim, tibb bacısı və səhiyyə işçisi ilə bağlı üç yeni halın təsdiqləndiyini açıqlayıblar.
Əvvəllər özəl xəstəxanada işləyən iki tibb bacısının və bir qadın, biri kişinin də virusa yoluxduğu, tibb bacılarından birinin komada olduğu bildirilib.
Səhiyyə rəsmiləri virusun testdən keçməmiş və ağır tənəffüs problemləri olan xəstədən ötürülmüş ola biləcəyinə inanırlar . İndiyə qədər epidemiya ilə əlaqədar 180 nəfər testdən keçirilib və 20 yüksək riskli əlaqə saxlanılan şəxs karantinə alınıb.