AZ

Qonşu ölkədə ətəndaşlara pulsuz smartfonlar PAYLANACAQ

Rusiyada "Rəqəmsal Layihələr Bürosu" (BÇP) vətəndaşlara öncədən ödənişsiz və aylıq haqq tələb olunmadan smartfon verilməsini nəzərdə tutan layihə həyata keçirir.

Milli.Az xəbər verir ki, cihazın özü və təqdim olunan xidmətlərin dəyəri əməliyyat sisteminin interfeysində "faydalı tövsiyələr" adı altında göstərilən reklamlar hesabına qarşılanacaq.

Smartfonu əldə edən istifadəçi şəxsiyyətini təsdiqləməli, yəni pasport təqdim etməli və şəxsi məlumatlarının emalına razılıq verməlidir. Əgər istifadəçi hədəflənmiş və ya sosial xarakterli "tövsiyələrdən" imtina edərsə, bu halda cihazı geri qaytarmalı olacaq.

Qeyd edilir ki, məlumatların toplanması və emalı Rusiya qanunvericiliyinə uyğun şəkildə, o cümlədən Roskomnadzor və FSTEK-in tələbləri çərçivəsində həyata keçiriləcək. /Musavat.com 

Milli.Az

Seçilən
30
1
milli.az

2Mənbələr