Xəzər rayonunun Türkan qəsəbəsində ağır intihar hadisəsi baş verib.
Ekologiya.az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, 1986-cı il təvəllüdlü Bəylər Xanlar oğlu Babayev bu gecə qaynatasının həyətində üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən o, Mərdəkan qəsəbəsində yerləşən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Kənd sakinlərinin bildirdiyinə görə, B. Babayevin intiharına ailə-məişət problemləri səbəb olub. Bikdirilir ki, onun həyat yoldaşı Aysel Sübhanova bir müddət əvvəl ailəni tərk edib və üç azyaşlı uşaq Bəylərin himayəsində qalıb.
Məlumatlara əsasən, hadisədən əvvəl B. Babayev şəxsi avtomobili ilə üç azyaşlı övladı birlikdə qaynatasının evinə gəlib və həyat yoldaşına video ismarıclar göndərərək onunla əlaqə saxlamasını tələb edib. O, video çəkilişlərdə Ayselin onu şantaj etdiyini deyirmiş.
Bildirilir ki, qadın zəng etmədikdən sonra o, üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.