AZ

Kolumbiya millisinin üzvü "Qalatasaray"da

"Qalatasaray" daha bir legionerin keçidini həll edib.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Jirona”nın yarımmüdafiəçisi Yaser Asprilla ilə razılaşıb.

Kolumbiyalı "Qalatasaray"a keçməyə razılıq verib. Futbolçu müqavilə imzalamaq üçün Türkiyəyə yollanıb.  

Onun "Jirona" ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. Kolumbiya millisinin üzvü “Envihado”, “Uotford” klublarında oynadıqdan sonra İspaniya komandası ilə müqavilə imzalamışdı. Asprillanın "Qalatasaray"la müqavilə detalları hələ ki açıqlanmayıb.

 

saytlarin hazirlanmasi

Seçilən
19
sportal.az

1Mənbələr