AZ

10 manat nizamnamə kapitalı var- Amma 794 min manatlıq tenderlər verildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti PHŞ “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bir gün ərzində bir neçə tender müqaviləsi imzalayıb. Diqqətçəkən məqam isə qalib şirkətin nizamnamə kapitalının cəmi 10 manat olmasıdır.

NOCOMMENT.az xəbər verir ki, Regional Su Meliorasiya Xidməti ilə “AZSUR GROUP” MMC arasında aşağıdakı işlər üzrə müqavilələr bağlanıb:

– Torpaq məcralı Ağalıq-1 kanalının (PK 32+00 – PK 45+00, L=1,3 km) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri
Məbləğ: 86.380,72 AZN

– 4MK LR-100 nov kanalının (PK00+00 – PK37+60, L=3,76 km) beton kanalla əvəz olunması və 4MK-3 LR-80 nov kanalının (PK00+00 – PK20+64, L=2,064 km) üzərindəki qurğularla birlikdə əsaslı təmiri
Məbləğ: 188.800 AZN

– Torpaq məcralı Malikumudlu kanalının (PK 19+00 – PK 29+00, L=1,0 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri
Məbləğ: 295.181,61 AZN

– Bastam arxı (PK 97+00 – PK 108+00, L=1,1 km): torpaq məcralı arxın beton üzlüyə alınması və hidroteхniki qurğuların əsaslı təmiri
Məbləğ: 224.200 AZN

Beləliklə, cəmi bir gündə bağlanan müqavilələrin ümumi məbləği 794.562,33 AZN təşkil edir.

Qeyd edək ki, “AZSUR GROUP” MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Rəşad İmanlı Yəsəf oğludur. Bu məbləğdə və texniki baxımdan mürəkkəb layihələrin belə bir şirkətə verilməsi ciddi suallar doğurur.

Xatırladaq ki, ötən ilin iyun ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə Zakir Quliyev Regional Su Meliorasiya Xidmətinin rəisi təyin edilib. Sözügedən tender müqavilələrinin də məhz onun rəhbərliyi dövründə bağlanması diqqətdən yayınmır.
(32gun.az)

Seçilən
68
2
nocomment.az

3Mənbələr