BAKI, 25 yanvar. TELEQRAF
ABŞ-də hökumətin işinin müvəqqəti dayandırılması (şatdaun) məsələsi yenidən gündəmə gəlib.
Teleqraf CNN-ə istinadən xəbər verir ki, buna səbəb miqrantlara qarşı keçirilən reydlərlə bağlı qalmaqallar fonunda demokratların Daxili Təhlükəsizlik Departamentinin (DHS) maliyyələşdirilməsinə etiraz etməsidir.
Məlumata görə, demokratlar hökumətin xərcləri ilə bağlı qanun layihəsini bloklamağı planlaşdırırlar. Bu qərar Minneapolisdə sərhəd patrulu əməkdaşının açdığı atəş nəticəsində bir kişinin həlak olmasından sonra verilib.
Telekanal qeyd edir ki, yaranmış vəziyyət gələn həftə ABŞ hökumətin fəaliyyətinin qismən dayandırılması ehtimalını ciddi şəkildə artırır.