AZ

“Sumqayıt” “Turan Tovuz”a, “Sabah” “Karvan-Yevlax”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.

Əvvəlcə “Turan Tovuz”la “Sumqayıt” qarşılaşacaq. Saat 16:00-da start götürəcək görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Son oyunda isə “Sabah” “Karvan-Yevlax”ı qəbul edəcək. “Bank Respublika Arena”da təşkil olunacaq qarşılaşmanın start fiti saat 18:30-da eşidiləcək.

Qeyd edək ki, XVIII turun oyunları 30 yanvar - 1 fevral tarixlərində keçiriləcək.

Seçilən
136
3
publika.az

6Mənbələr