AZ

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a, “Sabah” “Karvan-Yevlax”a qarşı

BAKI, 25 yanvar. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.

Əvvəlcə “Turan Tovuz”la “Sumqayıt” qarşılaşacaq. Saat 16:00-da start götürəcək görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Son oyunda isə “Sabah” “Karvan-Yevlax”ı qəbul edəcək. “Bank Respublika Arena”da təşkil olunacaq qarşılaşmanın start fiti saat 18:30-da eşidiləcək.

Qeyd edək ki, XVIII turun oyunları 30 yanvar - 1 fevral tarixlərində keçiriləcək.

Azərbaycan Premyer Liqası

XVII tur

25 yanvar

16:00. “Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev

VAR: Cavid Cəlilov

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

18:30. “Sabah” – “Karvan-Yevlax”

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov

VAR: Əli Əliyev

AVAR: Şirmamed Mamedov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Bank Respublika Arena”.

Seçilən
159
3
teleqraf.com

6Mənbələr