Bakı. Trend:
Güclü qar fırtınasının yaxınlaşması səbəbindən ABŞ-da 24 yanvarşənbə günündən 26 yanvar bazar ertəsinə qədər 13 mindən çox uçuşləğv edilib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi"FlightAware" xidmətinin məlumatlarına istinadən bildirib.
Bildirilib ki, şənbə günü etibarilə Memfisdən uçuşların 90%-i,Oklahoma Sitidən 76%-i və Dallas/Fort-Uortdan uçuşların 75%-i ləğvedilib. Eyni hadisə Ostin, Şarlott və Neşvil hava limanlarında daqeydə alınıb.
Hometown Forecast Services şirkətinin baş direktoru RobKerolanın sözlərinə görə, bu fırtına ABŞ üçün 1993-cü il superfırtınasından bəri ən güclülərindən biri ola bilər.