AZ

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır

Bakı, 25 yanvar, AZƏRTAC

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadın artırılmasına ümid edir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri Tramp administrasiyasında adı açıqlanmayan məmura istinadla məlumat yayıb.

Nəşrin mənbədən sitat gətirdiyi açıqlamada deyilir: “Aydındır ki, hazırda Avropa ilə Rusiya arasında etimad səviyyəsi yüksək deyil. Lakin biz etimadın formalaşmasına imkan verəcək yeni bir paradiqmanın işə salınması üçün zəmin yaratmaq istəyirik”.

“Politico”nun məlumatına görə, iqtisadi məsələlər və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən məsləhətləşmələrin əsas mövzuları olub.

Seçilən
21
azertag.az

1Mənbələr