İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Trampa sərt reaksiya verərək, onun Əfqanıstandakı müttəfiqləri ilə bağlı açıqlamalarını qəbuledilməz adlandırıb.
"Ölkə.az" xəbər verir ki, onun sözləri İtaliya hökumətinin saytında dərc edilib.
Bəyanatda deyilir: "İtaliya hökuməti Prezident Trampın NATO müttəfiqlərinin Əfqanıstandakı əməliyyatlar zamanı köməyi barədə açıqlamalarından təəccüblənir. NATO ölkələrinin Əfqanıstandakı töhfəsini kiçildən açıqlamalar, xüsusən də müttəfiqdən gələn açıqlamalar qəbuledilməzdir".
Meloni xatırladıb ki, Əfqanıstandakı döyüşlər zamanı 53 italiyalı əsgər həyatını itirib və 700-dən çox əsgər yaralanıb.
Elvin
Ölkə.az