AZ

Tramp xüsusi nümayəndəsini İsrailə göndərdi

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İsrailə səfər ediblər.

Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Bildirilib ki,burada onların İsrailin Baş naziri Binyamin Netanyahuyla görüşü planlaşdırılıb.

Görüşün əsas mövzusunun “Rafah” sərhəd keçid məntəqəsi olacağı gözlənilir.

Qəzza sektorunun texnokratlardan ibarət idarəetmə komitəsinin rəhbəri Əli Şaas cümə axşamı bildirib ki, “Rafah” keçid məntəqəsi gələn həftə açılacaq. Qeyd edək ki, bu keçid məntəqəsi Qəzza sektorunun yeganə keçididir və münaqişə başlamazdan əvvəl İsrailin nəzarəti altında olmayıb.

Seçilən
34
publika.az

1Mənbələr