AZ

Salyanda qəza: piyada öldü...

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

Axar.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı ağır xəsarət alan piyada, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
axar.az

1Mənbələr