AZ

Orbandan İDDİA: “Aİ-nin Ukraynaya qoşun göndərilməsinə dair sənədi mövcuddur”

“İndi də imzalanmış bir razılaşma var ki, zərurət yarandıqda əsgərlər Ukraynaya göndəriləcək.

Yəni Avropa müharibəyə getməyə hazırlaşmır, artıq gedib”.

Bizim.Media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Kapoşvarda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Viktor Orban, həmçinin, Ukraynanın 2027-ci ilə qədər sürətləndirilmiş qaydada Aİ-yə üzv qəbul edilməsinə qarşı kəskin mövqe sərgiləyib. Onun sözlərinə görə, Ukraynanın hazırda Avropa İttifaqına üzvlüyü Rusiya ilə hərbi münaqişəyə birbaşa cəlb olunmaq demək olardı.

Orban vurğulayıb ki, Macarıstan Ukraynanın Aİ-yə inteqrasiyasını laqeydlik səbəbindən deyil, özünüqoruma baxımından dəstəkləmir.

Bizim.Media

Seçilən
30
1
bizim.media

2Mənbələr