AZ

Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Salyan, 25 yanvar, AZƏRTAC

Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində

qeydə alınıb. Hadisə zamanı ağır xəsarət alan piyada, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
143
1
azertag.az

3Mənbələr