Türkiyə Super Liqasının 19-cu turunda “Qalatasaray” səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb.
Apasport.az xəbər verir ki, görüş İstanbul təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab erkən açılıb. Qonaqların heyətində Qabriel matçın 1-ci dəqiqəsində fərqlənərək komandasını önə çıxarıb. Meydan sahibləri 27-ci dəqiqədə Barış Kalaycının qolu ilə hesabı bərabərləşdirsələr də, “Qalatasaray” ikinci hissədə üstünlüyünü yenidən bərpa edib. Qabriel 51-ci dəqiqədə dubla imza atıb, 55-ci dəqiqədə isə Viktor Osimhen fərqi iki topa çatdırıb.
“Everton” “Fənərbaxça”ya “yox” dedi
“Roma” futbolçusunu icarəyə verib
Hansı oyun, hansı kanalda? - TV AFİŞA
“Feyenoord”u “Marsel”ə dəyişdi - RƏSMİ
Emre Belözoğlu hakimləri tənqid etdi: “Bu liqa belə davam edə bilməz”