AZ

Ələt-Astara magistralında qatı duman müşahidə olunur – SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

Qatı duman sürücülərə görmə məhdudiyyəti yaradır.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə bu saatlarda yeni Ələt–Astara magistralında, yolun Lənkəran və Masallı rayonları istiqamətində qatı duman müşahidə olunur. Görmə məsafəsi az olma səbəbindən sürücülər bu istiqamətdə nəqliyyat vasitələrini aşağı sürətlə idarə edirlər. Eləcə də qatı duman sürətli hərəkəti çətinləşdirib.

Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.

Seçilən
43
nocomment.az

1Mənbələr