AZ

İngiltərənin “Vest Hem” klubu Adama Traorenin transferi ilə bağlı razılığa gəldi

Bakı. Trend:

İngiltərə Premyer Liqasında qalmaq uğrunda mübarizə aparan “VestHem” klubu “Fulhem”in vingeri Adama Traorenin transferi ilə bağlışifahi razılığa gəlib.

Trend-inməlumatına görə, bu barədə tanınmış jurnalist Fabritsio Romanososial şəbəkələrdə məlumat paylaşıb.

Bildirilir ki, razılaşma yekunlaşıb və yaxın günlərdə sənədlərinimzalanması və futbolçunun tibbi müayinəsi keçiriləcək.

“Barselona” yetirməsi olan, malili köklərə sahib ispaniyalıfutbolçu İspaniya millisində səkkiz dəfə çıxış edib.“Transfermarkt” Traoreni 8 milyon avro dəyərində qiymətləndirir; o,cari mövsümdə 20 oyunda iştirak edib və bir qol vurub.

Seçilən
68
az.trend.az

1Mənbələr