AZ

"Fulhem"i bu kluba dəyişdi

İspaniyalı hücumçu Adama Traore karyerasını “Vest Hem”də davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, “çəkicçilər” klubdan ayrılacağını açıqlayan Quido Rodriqesin yerini doldurmaq üçün bu qərarı verib. 

“Vest Hem” heyəti gücləndirmək üçün uyğun oyunçu axtarırdı və ispan futbolçusunun bu rola ideal olduğunu hesab edir. Traore və “Fulhem”lə razılıq artıq əldə olunub, transfer isə yekun mərhələdədir.

Traore mövsümə “Fulhem”də uğursuz start verdikdən sonra daha çox oyun vaxtı qazanmaq ümidindədir. Cari mövsümdə o, 20 oyunda 580 dəqiqə meydanda olub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.

Seçilən
16
90deqiqe.az

1Mənbələr