AZ

Çoxdan gözlədikləri qaz xətti çəkildi, amma sevincləri çox çəkmədi...VİDEO

Qışın sərt keçdiyi dağ kəndinin bir hissəsinə qaz çəkilib, bir hissəsinə yox...

Astaranın ərazisinə görə ən böyük dağ kəndlərindən biri olan Siyakü kəndinin sakinləri üzləşdikləri problemlə bağlı "Xəzər Xəbər"ə müraciət ediblər. Onlar deyirlər ki, kəndin hər tərəfi qazlaşdırılsa da, 50-yə yaxın ailənin yaşadığı yaşayış massivi sanki unudulub.

Kənd sakinləri evlərini isitmək üçün müxtəlif üsullardan istifadə edirlər. Hətta gəlir əldə etdikləri meyvə ağaclarını kəsib odun kimi istifadə edənlər də var.

Sakinlər deyirlər ki, müraciətlərimiz əsasında dəfələrlə gəlib əraziyə baxıblar, müəyyən sənədlər hazırlanıb və çəkilişlər aparılıb, amma nəticəsi olmayıb.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq. Bildirildi ki, Astara rayonun Siyəkü kəndi qazlaşdırılmış ərazilərdəndir. Qazlaşmadan sonra salınan yeni yaşayış massivində hazırda qaz yoxdur. Rayonun yaşayış məntəqələrinin, həmçinin yeni yaşayış massivlərinin qazlaşdırılmasına növbəti mərhələdə maliyyə imkanlarından asılı olaraq baxılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
22
xezerxeber.az

1Mənbələr