AZ

Qan xərçəngi xəstəliyindən əziyyət çəkən Xocalı sakininin pensiyası niyə kəsilib?VİDEO

Koronavirusa yoluxdu, analizlər nəticəsində xroniki limfotik leykoz, yəni qan xərçəngi xəstəliyinin olduğunu öyrəndi...

Xezerxeber.az xəbər verir ki, Xocalı sakini, 59 yaşlı Şərqiyyə Hüseynova beş ildir ki, bu xəstəliklə mübarizə aparır.

Şərqiyyə Hüseynova deyir ki, valideynlərini Xocalı Soyqırımında itirib. Həyatı onsuz da çətin olub, indi də bu xəstəlik onun sınağına çevrilib. Üstəlik 1-ci qrup əlilliklə bağlı təyin olunan pensiya da iki ildir dayandırılıb.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirdilər ki, Şərqiyyə Hüseynova sonuncu dəfə ötən il dekabrın 3-də Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyində əyani müayinə olunub. Əyani müayinə zamanı xəstəliyin remissiya mərhələsində olması müəyyən edilib. Buna görə də mövcud qanunvericiliyə əsasən, əsas diaqnoz və ağırlaşmaların əlillik səviyyəsində olmaması barədə qərar qəbul olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
34
xezerxeber.az

1Mənbələr