AZ

Yeni sima alan Kəlbəcərdə yaşayış necədir?VİDEO

Bu gün qədim Kəlbəcər yeni siması ilə geri dönən sahiblərinə ilin bütün fəsillərində rahat həyat şəraiti təmin edir. Qarlı qışın şaxtasında da...

Xezerxeber.az xəbər verir ki, relyefinin müxtəlif olmasına baxmayaraq qısa müddətdə dağlar qoynunda müasir  standartda yenidən qurulan Kəlbəcərə də artıq həm həyat, həm də sahibləri geri dönür.

32 illik məcburi köçkün həyatından sonra doğma Kəlbəcərə dönən  ailələr  işlə də təmin olunurlar.

İllərdir pedaqoji fəaliyyətlə məşğul olan Kəmalə Hacıyeva da Kəlbəcərə döndüyü ilk gündən müəllimliyi burada davam etdirir. 

32 illik məcburi köçkün həyatından sonra Kəlbəcərə dönən hər kəsin məşğulluğu öz peşəsinə, maraq və bacarıqlarına uyğun formada təmin olunub. Sürücü işləyən də var, atadan qalma arıçılıq məsləyini davam etdirən də.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
30
xezerxeber.az

1Mənbələr