Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.
Far.Az manşet.az-a istinadən xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.
74 yaşlı aktrisa bu dəqiqələrdə vəfat edib.
Xatırladaq ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakıda anadan olub.
2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı, 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.
Aktrisa 15-ə yaxın bədii filmə çəkilib.