AZ

Aktrisa Məsumə Babayeva vəfat etdi

Bakı. Trend:

Teatr və kino sənətimizin sevilən nümayəndəsi, uzun illərAzərbaycan Dövlət Millin Gənc Tamaşaçılar teatrında fəaliyyətgöstərən aktrisa Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfatedib.

Trend xəbər verirki, bu barədə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrıməlumat yayıb.

"Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadanolmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan DövlətAkademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarındaçıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra uzun illərMilli Gənc Tamaşaçılar Teatrında işləyib.

Teatrda çalışdığı illər ərzində çoxsaylı, rəngarən obrazlaryaradıb. “Qaraca qız”, “Əlvida, Hindistan”, “Mənim nəğməkar bibim”adlı tamaşalarda, “Qovğalı kəndinin gecələri”, “Günaydın,mələyim!”, “Qocalar”, “İstanbul reysi”, “Şəbəkə”, “Bir ovuc torpaq”filmlərində yaratdığı parlaq obrazlarla tamaşaçıların dərinrəğbətini qazanıb.

Aktrisa 10 mart 2014-cü ildə “Fəxri Mədəniyyət İşçisi” döşnişanı, 10 mart 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının“Sənətkar” medalı ilə təltif edilmişdir. 10 dekabr 2018-ci iltarixində “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Allah rəhmət eləsin!" - deyə məlumatda bildirilib.

Seçilən
35
3
az.trend.az

10Mənbələr