AZ

Almaniyada HƏMAS üçün silah almaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. Trend:

Almaniya hüquq-mühafizə orqanları Fələstinin "HƏMAS" hərəkatıüçün silah alınmasında şübhəli bilinən Livan əsilli Məhəmməd Z.-nisaxlayıblar.

Trend-inməlumatına görə, bu barədə Almaniya Baş Prokurorluğu xəbərverib.

"Dünən axşam (23 yanvar 2026-cı il) Federal Dövlət ProkurorluğuFederal Məhkəmənin istintaq hakimi tərəfindən verilən orderəsasında hərəkət edərək, Livan əsilli Məhəmməd Z.-ni Beyrutdangəlişindən sonra Berlin Brandenburq Hava Limanında (BER) saxlayıb.Saxlanılma Federal Cinayət Polisi İdarəsi və Federal Polisəməkdaşları tərəfindən həyata keçirilib", - deyə qeyd olunub.

Prokurorluqdan əlavə edilib ki, həmin şəxs "xarici terrortəşkilatına üzv olmaqda şübhəli bilinir".

Almaniya Baş Prokurorluğu Məhəmməd Z.-nin HƏMAS üzvü olduğunubildirib. "Avqust ayında, barəsində ayrıca məhkəmə prosesi aparılanƏbəd Əl-Q. ilə əlbir olaraq, o, 300 silah-sursat əldə edib. Buhərəkətlər Almaniya və Avropada İsrail və ya yəhudi hədəflərinəqarşı HƏMAS terror hücumlarının hazırlanmasına xidmət edib", - deyəbildirilib.

Seçilən
29
az.trend.az

1Mənbələr