AZ

Adama Traore ilə “Vest Hem” razılığa gəlib

İngiltərə Premyer Liqasında(İPL) qalmaq uğrunda mübarizə aparan “Vest Hem” “Fulhem”in vingeri Adama Traorenin transferi ilə bağlı şifahi razılıq əldə edib.

İdman.Biz xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilir ki, razılaşma uğurla tamamlanıb, yaxın vaxtlarda sənədlərin mübadiləsi və futbolçunun tibbi müayinəsi keçiriləcək.

“Barselona” yetirməsi olan, malili köklərə sahib ispaniyalı futbolçunun İspaniya millisində səkkiz dəfə forma geyinib. “Transfermarkt” portalı Traoreni 8 milyon avro dəyərində qiymətləndirir, o, cari mövsümdə 20 matçda meydana çıxaraq bir qol vurub.

İdman.Biz
Seçilən
25
1
idman.biz

2Mənbələr