AZ

Neftçalada ailə faciəsi: 1 ölü, 3 yaralı

Yazını böyüt
Yazını kiçilt

Neftçala rayonu ərazisində 1 nəfərin ölümü, 3-nün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Neftçalanın Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəqliyyat vasitələrinin toqquşması nəticəsində Murad Sabir oğlu Ələkbərov ölüb, Sabir Cabbar oğlu Ələkbərov, Nuranə Sübhan qızı Ələkbərova və Samir Sabir oğlu Ələkbərov isə yaralanıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı ölən və yaralananlar 1 ailənin üzvləridirlər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
145
5
hafta.az

7Mənbələr