AZ

Neftçalada avtomobil qəzasında ailənin 1 üzvü ölüb, 3-ü xəsarət alıb

Neftçala, 24 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Neftçala rayonu ərazisində 1 nəfərin ölümü, 3-nün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun Neftçalanın Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəqliyyat vasitələrinin toqquşması nəticəsində Murad Sabir oğlu Ələkbərov ölüb, Sabir Cabbar oğlu Ələkbərov, Nuranə Sübhan qızı Ələkbərova və Samir Sabir oğlu Ələkbərov isə yaralanıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı ölən və yaralananlar 1 ailənin üzvləridirlər.

 

Seçilən
155
5
azertag.az

7Mənbələr