Rusiya ordusunun Kiyevə dron və raketlərlə zərbəsi nəticəsində bir nəfər ölüb, ən azı 4 nəfər yaralanıb. Bu barədə "RBK-Ukrayna" Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, zərbə nəticəsində şəhərin beş rayonunda dağıntılar qeydə alınıb.
Şəhərin bəzi ərazilərində yanğınlar baş verib, infrastruktura ziyan dəyib.