AZ

“Challenger 3” tankının ilk canlı atış sınağı həyata keçirilib

“Rheinmetall BAE Systems Land” (RBSL) şirkəti “Challenger 3” tankının ilk canlı atışını uğurla həyata keçirib.

“Poliqon” RBSL-ə istinadən xəbər verir ki, bu, Böyük Britaniya Ordusuna növbəti nəsil əsas döyüş tankının təhvil verilməsi istiqamətində mühüm addımdır.

Tankın xidmətə girməsindən əvvəl onun imkanlarının və sistemlərinin mərhələli yoxlanılması çərçivəsində aparılan sınaqlar əvvəlcə uzaqdan idarəetmə ilə başlayıb, daha sonra RBSL əməkdaşları tərəfindən canlı atış mərhələsinə keçib.

Qeyd edək ki, “Challenger 3” tankı “Rheinmetall Waffe Munitions” tərəfindən istehsal olunan 120 mm-lik L55A1 hamar lüləli top ilə təchiz edilib. Tank son nəsil kinetik enerji antitank mərmiləri və proqramlaşdırıla bilən çoxfunksiyalı sursatlardan istifadə edir.

“Challenger 3” ölümcüllük, sağ qalma qabiliyyəti və rəqəmsal inteqrasiya baxımından əhəmiyyətli bir irəliləyişi təmin edəcək. Proqram çərçivəsində Britaniya Ordusuna 148 ədəd modernləşdirilmiş tank təhvil veriləcək.

Seçilən
58
poliqon.az

1Mənbələr