AZ

Dəm qazından ölən Fəzail şəhid əmisinin adını daşıyırmış -YENİLƏNDİ

Dəm qazından həyatını itirən Fəzail Əbiyevlə bağlı bəzi təfərrüatlar məlum olub.

Mərhum Fəzail şəhid əmisi Fəzail Əbiyevin adını daşıyırmış.

1974-cü il təvəllüdlü Fəzail Andrey oğlu Əbiyev 13 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub və İmamqulukənd kənd qəbiristanlığında dəfn edilib.

Şəhid əmisinin adını daşıyan Fəzail Əbiyev ötən gecə işdən qayıtdıqdan sonra hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Bildirilib ki, mərhum “Şahdağ” Turizm Mərkəzində çalışıb, hərbi xidmətdə olub və subay idi.(Bizim.Media)

***

12:42

Qusarda gənc oğlan dəm qazından boğulub.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun İmamqulukənd kəndində qeydə alınıb.

21 yaşlı Fəzail Əbiyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Gəncin həyatını xilas etmək mümkün olmayıb.

2
Seçilən
52
5
redaktor.az

10Mənbələr