AZ

İş yoldaşını öldürən şəxsə hökm oxundu

BAKI, 24 yanvar. TELEQRAF

Bakıda iş yoldaşı Pünhan Fərzalını qətlə yetirməkdə ittiham olunan çörək və un məmulatları istehsal edən şirkətdə çörəkçi işləyən Şahlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Ş.Ağayev9 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsinə tərəflərin iş yerində yaranan mübahisə olub.

Qeyd edək ki, hadisə 2024-cü ilin martında Yasamal rayonu ərazisində baş verib. Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan Ş.Ağayevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.

Seçilən
170
46
teleqraf.com

10Mənbələr