2025-ci ilin ilk 11 ayında Azərbaycanın ətlik diri iribuynuzlu heyvanlar üzrə idxalı kəskin artıb və ümumilikdə ölkəyə 108.3 mln. dollarlıq diri inək gətirilib.
AzPost Banker.az-a istinadən xəbər verir ki, bu dövrdə idxal həcmi 104.87 min baş təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 144.4% çoxdur. İdxalın dəyəri isə 83.77 milyon dollar olub və illik müqayisədə 120.3% artım qeydə alınıb. 2024-cü ilin ilk 11 ayında bu göstəricilər müvafiq olaraq 42.90 min baş və 38.02 milyon dollar səviyyəsində idi.
Ölkələr üzrə idxal strukturunda 2025-ci ildə Rusiya əsas tədarükçü olub. Bu ölkədən 63.33 min baş diri iribuynuzlu heyvan idxal edilib və idxalın dəyəri 57.56 milyon dollar təşkil edib. Gürcüstandan idxal 37.84 min baş olub və bu istiqamət üzrə 24.39 milyon dollar xərclənib. Qazaxıstandan idxal 3.67 min baş və 1.74 milyon dollar səviyyəsində qeydə alınıb.