AZ

“Rəqsanə həbsdə olmasını elə təqdim edir ki, elə bil qəhrəmanlıq edib”

“Rəqsanə İsmayılova efirdə həbsdə olmasını elə təqdim edir ki, elə bil qəhrəmanlıq edib”.

Bu sözləri “Yeni Sabah”a ictimai fəal, jurnalist Anar Vəziroğlu deyib.

O bildirib ki, bir müddət əvvəl ev dustaqlığına buraxılmış müğənni ictimai fikirlə manipulyasiya edir:

“Bu, ilk növbədə, gənclərə, televiziyaya baxanlara mənfi örnəkdir. Eləcə də hansısa müğənninin efirdə öz ailə faciəsindən, başına gələn bədbəxtliklərdən danışması. Buna nə ehtiyac var ki?..

Rəqsanə və qızı Aysun kütləni ələ ala bilib. Onlar efirdə mütəmadi olaraq, həbs məsələsi, ağlaşma, Aysunun vaxtilə atası ilə olan münasibətləri və s. barədə danışırlar. Telekanalları başa düşürəm, dövlətdən maliyyə almırlar, reklam üçün reytinq cəlb etməyə məcburdurlar. Düzdü, onlar belə verilişlərin hesabına xeyli kütlə cəlb edə bilirlər. Amma baxır necə kütlə. Biri var, kütlənin baxışı, biri də var seçilmişlərin baxışı. Sonuncu təbəqə belə verilişlərə baxmır, indi hər şeyi boz kütlə həll edir”.

A.Vəziroğlu vurğulayıb ki, aparıcılar dəvət etdikləri qonaqlarla düzgün rəftar etmir:

“Özüm də mütəmadi olaraq verilişlərdə ekspert qismində çıxış edirəm. Aparıcıların əksəriyyəti qonaqları danışmağa qoymur, ancaq özləri çənədən itidirlər. Belə olmaz axı! Bəzi müsiflər var ki, aparıcılar onlara "sus" deyən kimi susurlar, "dur" deyəndə dururlar. Onların arasında sözünü deyə bilən adamlar, təəssüf ki yoxdur”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
39
1
yenisabah.az

2Mənbələr