"Fənərbaxça" yarımmüdafiəçi Bartuğ Elmazı icarəyə verib.
Sportal.az xəbər verir ki, "sarı-göylər" türkiyəli futbolçunu "Fatih Karagümrük"ə göndərib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı dayaq yarımmüdafiəçisi 30 iyun tarixinədən "Fatih Karagümrük"ə məxsus olacaq.
Qeyd edək ki, "Fənərbaxça" Bartuğ Elmazı 2023-cü ilin yayında "Marsel"dən 1,4 milyon avroya transfer edib. Türkiyə U-21 millisinin sabiq üzvü mövsümün ilk yarısında Super Liqada 5 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi