Bakı. Trend:
2026-cı ilin əvvəlində Çin ilə Azərbaycan arasında Orta Dəhlizdəmir yolu marşrutu üzrə tranzit müddətinin orta göstəricisiazalıb.
Trend xəbər verirki, bunu “Beijing Cross-Eurasia International Logistics” şirkətininidarəedici direktoru Van Suy Dun öz sosial şəbəkə hesabındayazıb.
O qeyd edib ki, əməliyyat məlumatlarına əsasən, 2026-cı ilinyanvar ayında Sian–Bakı marşrutu üzrə yüklərin orta çatdırılmamüddəti 16 gün təşkil edib ki, bu da 2025-ci ilin dekabr ayındaqeydə alınmış göstəricidən (17 gün) bir gün daha sürətlidir. Eynizamanda, yanvar ayında bu istiqamət üzrə səkkiz yük qatarıgöndərilib, dekabrda isə onların sayı on bir olub.
Orta Dəhliz adı ilə tanınan Transxəzər Beynəlxalq NəqliyyatMarşrutu, 2019-cu ildə Sian (Çin) – Bakı (Azərbaycan) istiqamətindəmüntəzəm konteyner qatarlarının göndərilməsini aktivləşdirib vətəkcə 2025-ci il ərzində bu istiqamət üzrə 400-dən çox reys həyatakeçirilib. Marşrut 2025-ci il 30 iyun tarixində istifadəyə verilmişPekindən olan yeni xidmət hesabına genişləndirilib.
Əsas hadisələrdən biri 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmiryolunun modernləşdirilməsi olub ki, bununla xəttin illik ötürücülükqabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəldib. 2024-cü ilinavqustunda Çin Dəmir Yolu ilə Konteyner Daşımaları Korporasiyası(CRCT) “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinə qoşulub.2026-cı ilin əvvəlində ilin ilk qatarı Bakıya çatıb və tranzitmüddətinin 11 günə qədər azaldığını nümayiş etdirib.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.