AZ

Melaniya Trampın tərzi - Milyonluq aksessuarlar + FOTOLAR

ABŞ-nin birinci xanımı Melaniya Tramp uzun illər ərzində stil ikonu kimi tanınıb. O, ictimaiyyət qarşısına çıxarkən dünya brendlərinin dəbinin ən incə nümunələrini nümayiş etdirib və bir çox hallarda cəsarətli seçimləri ilə diqqət çəkib. Lakin onun ən diqqətçəkən kolleksiyası  çantalarından ibarətdir.

“Yeni Sabah” xəbər verir ki, Melaniyanın qarderobunda klassik “Chanel” modellərindən tutmuş, nadir “Hermès” çantalarına qədər hər şey mövcuddur və onların bəziləri yüz minlərlə dollar dəyərindədir.

O, hər zaman görünüşünü statuslu aksessuarlarla tamamlayır və bunu ardıcıl şəkildə edir.

Nadir “Hermès Birkin”

Melaniyanın sevimli çantasından biri “Hermès Matte Niloticus Crocodile Birkin”dir. O, bu modeli bir çox rəsmi tədbirlərdə və ictimai çıxışlarında istifadə edib. Çanta Nil çayının timsahının dərisindən hazırlanıb, brendin ən bahalı və nadir çantalarından biridir. İkinci əl bazarında bu Birkin modelləri 100 min dollar və daha yuxarı qiymətə satılır.

Ekspertlər bildirir ki, belə çantaları “Hermès” butiklərindən birbaşa əldə etmək praktiki olaraq mümkünsüzdür. Çünki markanın mağazasından uzun illər ərzində yüz minlərlə dollarlıq alış-veriş tarixçəniz yoxdursa, brenddən məhsul almaq qeyri-mümkündür.

Bu səbəbdən “Birkin” çantası “hakimiyyətin mütləq simvolu” hesab olunur. Melaniya bu çantanı 2021-ci ilin yanvarında Donald Trampla birlikdə Cо Baydenin andiçmə günü Ağ Evdən çıxarkən daşıyıb. 2019-cu ildə isə onu Böyük Britaniyaya rəsmi səfəri zamanı göstərib.

Dəvəquşu dərisindən “Hermès Kelly”

Melaniyanın həmçinin “Hermès Gold Ostrich Sellier Kelly” çantası diqqət çəkir. Bu model dəvəquşu dərisindən hazırlanıb. İkinci əl bazarında belə çantaların qiyməti ən az 27 min dollar təşkil edir, lakin Melaniyanın çantasının dəqiq qiyməti məlum deyil. Bu çanta ilə o, 2024-cü ilin iyulunda oğlu Berronla “Trump Tower”dan çıxarkən görüntülənib.

“Chanel” – Səssiz klassika

“Hermès”dən əlavə Melaniya “Chanel” brendinə də üstünlük verir. Onun kolleksiyasında 2014-cü ilin limitli modeli olan “Chanel Quilted Lambskin Trendy CC” çantası var. Bu çantaların hazırkı qiyməti 6 mindən başlayır, daha böyük modeli isə 2022-ci ildə 7 min dollar civarında qiymətləndirilmişdi. 2023-cü ilin iyununda Melaniya bu çantanı xaki rəngli ətək və qara sviterlə uyğunlaşdıraraq “Chanel” ayaqqabıları ilə tamamlayıb.

“Louis Vuitton” səyahət çantaları kolleksiyası

Melaniyanın geniş “Louis Vuitton” çanta kolleksiyası da var. O, bu markanın bir çox səyahət çantaları ilə görünüb və hər biri minlərlə dollar dəyərindədir. 2024-cü ilin avqustunda “Trump Tower”dan çıxarkən onun bir neçə çantası avtomobilə yüklənərkən görüntülənib:

“Keepall Bandoulière 55” — təxminən 2700 dollar

“Cruiser Bag 45” — 3150 dollar

“Sirius 55” — istehsalı dayandırılıb, lakin ikinci əl bazarında 2 min dollardan baha satılır

Bir çox çantalarda “FLOTUS” yazısı ilə qızılı rəngli çəhrayı baqaj etiketi var.

Klassik “Birkin” – Sadə lüks

Melaniyanın kolleksiyasında nadir çantalardan əlavə, tünd qırmızı dəri və qızılı aksessuarlı “Hermès Birkin 30” da mövcuddur. O, bu çantanı 2019-cu ildə daha sonra isə 2020-ci ilin yanvarında  “Ralph Lauren”  paltosu ilə uyğunlaşdıraraq nümayiş etdirib. İkinci əl bazarında bu model 30 min dollardan çox qiymətə malikdir.

Stilistlər hesab edir ki, Melaniya Trampın çanta kolleksiyası sadəcə aksesuarlar toplusu deyil, bu, onun stil haqqında düşünülmüş və məqsədyönlü mesajıdır. O, sürətlə dəyişən dəbə ayaq uydurmur, əksinə, klassik üsluba, nadirliyə və statusa üstünlük verir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
89
yenisabah.az

1Mənbələr