AZ

İlon Maskın Bakı ilə bağlı paylaşımı rekord qırdı – FOTO

Amerikalı milyarder İlon Mask Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı "X" səhifəsində paylaşım edib.

Avtosfer.az xəbər verir ki, onun paylaşımına rekord sayda reaksiya gəlib.

Onun paylaşımına 3675 şərh, 12,2 min repost, 92,4 min bəyənmə gəlib, həmçinin tvitə 15,2 milyon baxış olub.

Qeyd edək ki, İlon Mask Bakı vaxtı ilə saat 17:45-18:45 arasında Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə onlayn danışıb. O, 60 dəqiqəlik Bakı çıxışını səhifəsinin yuxarı hissəsinə sancıb. Alt hissəsində “Azərkosmos”un loqosu olan bu tvit isə 37 milyondan çox baxış sayı qazanıb.

 

Modern.az

 
Seçilən
473
22
avtosfer.az

10Mənbələr