AZ

“Qarabağ” İngiltərəyə uzun yolçuluq gözləyir

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda “Qarabağ” səfərdə “Liverpul”la qarşılaşacaq.

QOL.az saytının əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisinin İngiltərəyə yola düşəcəyi vaxt bəlli olub. Qurban Qurbanovun komandası yanvarın 26-da Liverpul şəhərinə gedəcək. Bakıdan çarter reysi ilə uçuş saat 15:00-a nəzərdə tutulub.

“Qarabağ”ı yetərincə uzun yolçuluq gözləyir - düz 7 saat.

Xatırladaq ki, “Liverpul” - “Qarabağ” oyunu yanvarın 28-si, Mərkəzi Avropa vaxtı ilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-su, saat 00:00-da başlanacaq.

Seçilən
69
5
teleqraf.com

6Mənbələr