AZ

Kəndlərdə işıq, qaz, su ucuz olacaq?

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Eldar İbrahimovun çıxışı ictimaiyyətin diqqəti çəkib. Belə ki, o, kənddə kommunal ödənişlərin şəhərdəkindən ucuz olmasını təklif edib.

Sitat: “Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinlərindən fərqli olaraq zavodda işləyib maaş almırlar”.

Maraqlıdır, deputatın irəli sürdüyü məsələ mümkündürmü? Azərbaycanda şəhərlərdə və kəndlərdə kommunal xidmətlərin qiymətləri fərqli ola bilər? Dünyada belə bir təcrübə varmı?

Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a iqtisadçı Emin Qəribli danışıb. Odeyib ki, şəhərlərə axının qarşısını almaq və əhalinin bölgələrdə yaşamasını stimullaşdırmaq üçün kommunal tariflərin aşağı salınması maraqlı təklifdir.

“Beynəlxalq təcrübəyə nəzər salsaq, bəzi ölkələrdə tariflərin maya dəyərinə uyğun müəyyən edildiyini görürük. Yəni elektrik enerjisi və qazın istehsal mənbəyinə yaxın olan ərazilərdə məsrəflər daha aşağı olur və nəticədə tariflər də ucuz təyin edilir. Bu, tamamilə məntiqidir. Azərbaycanda isə əsas enerji mənbələri mazut və qazdır. Onların istehsalı müxtəlif bölgələrdə yerləşir. Məsələn, Mingəçevir və digər yaxın ərazilərdə tariflərin daha aşağı müəyyən edilməsi mümkündür. Lakin Naxçıvan kimi əsas mənbələrdən uzaq bölgələrdə elektrik enerjisi və digər kommunal xidmətlərin maya dəyəri daha yüksək olur və bu, tariflərin bahalaşmasına səbəb ola bilər. Əgər Qərbi Avropadakı kimi məsafəyə əsaslanan tarif mexanizmi tətbiq olunsa, bu, problemin köklü həlli olmayacaq”.

Seçilən
117
1
publika.az

2Mənbələr