"Sahtekarlar" serialında rol alacaq daha bir aktyorun kimliyi bəlli olub.
"Unikal" xəbər verir ki, ekran işində sonuncu dəfə "Kızılcık şerbeti"serialında çəkilən Yiğit Kirazcı yer alacaq. O, layihədə 16-cı bölümdən etibarən "İbrahim" obrazını canlandıracaq.
Qeyd edək ki, serialın baş rolları Burak Deniz ilə Hilal Altinbilekə həvalə edilib.