Litva Avropa rescEU proqramı çərçivəsində Danimarka istehsalçısından 8 milyon doza çiçək peyvəndi almağı nəzərdə tutub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Milli Səhiyyə və Fövqəladə Hallar Mərkəzi məlumat verib.
Məlumatda deyilir: "Aİ tərəfindən rescEU çərçivəsində razılaşdırılmış şərtlərə uyğun olaraq, Litvaya dörd il ərzində 8 milyon doza çiçək peyvəndi əldə etmək imkanı verəcək peyvənd istehsalçısı ilə müqavilə imzalanıb.
RescEU Avropa mülki müdafiə və humanitar yardım imkanlarının strateji ehtiyatıdır. O, Avropa Komissiyası tərəfindən vətəndaşları fəlakətlərdən qorumaq və riskləri idarə etmək üçün yaradılıb.
Anar